Azərbaycan və Moldova rəssamlarının birgə sərgisi

 

Azərbaycanın Moldovadakı səfiriyi və Yakov Tixmon Fondu iki ölkə arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün müxtəlif layihələr həyata keçirirlər. Bu günlərdə Kişinyovdakı "Neaqara Art Gallery" Mərkəzində Azərbaycan rəssamlarının əsərlərinin sərgisi açılıb. Ölkəmizi təmsil edən fırça ustaları sərgidən öncə Moldovada bu ölkənin tanınmış rəssamları ilə birgə çalışıblar. Yüksək səviyyədə baş tutan mərasimdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət fotoalbomlarkataloqlar nümayiş etdirilib. Payızda hər iki ölkə rəssamlarının görüşünü keçirmək də planlaşdırılıb.

Hazırda Azərbaycan və Moldova rəssamlarının əsərlərindən ibarət kataloqun nəşri hazırlanır.

 

Azərbaycan.-2013.- 29 iyun.- S.12.